Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, BMT-nin Mətbuat xidməti məlumat yayımlayaraq bildirib: “Suriyalılar Kimyəvi Silahın Yayılmaması Təşkilatı (KSYT) ekspertlərinin rəhbərliyi altında kimyəvi silah cəbbəxanasının bir hissəsini məhv ediblər”.
“Suriyalı mütəxəssislər qaz bıçaqları və tinli cilaedici maşınlardan istifadə edərək döyüş sursatının, o cümlədən aviabomba, qarışdırma və doldurma avadanlığının bir hissəsini məhv ediblər.”, - bəyanatda belə deyilir.
Bəyanatda, həmçinin vurğulanır ki, cəbbəxananın məhvi prosesi bir neçə gün davam edəcək.
Ötən çərşənbə axşamı 33 nəfərdən ibarət qrup Suriyaya gedib. Komanda üzvləri arasında Rusiya, ABŞ, Böyük Britaniya, Çexiya, Özbəkistan, Çin, Kanada, Niderland və Tunis vətəndaşları var. Onlardan çoxu (19 nəfər) KSYT müfəttişləri, digərləri isə BMT əməkdaşlarıdır.
Paytaxt Dəməşqə gedən qrup “dərhal işə başlamaq üçün logistik baza” yaradıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır