Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 6 Oktyabr 2013 tarixdə Yəmənin Paytaxtı Səna şəhərində terror hadisəsi baş verib.
Silahlı şəxslər tərəfindən törədilən hadisə zamanı almaniyalı diplomat aldığı güllə yarasından yerindəcə keçinib.
Polis qüvvələri hadisə yerini nəzarət altına alaraq baş vermiş aktla bağlı cinayət işinə başlayıblar.
Xəbər agentliklərində hələlik terror hadisəsinin detalları barədə heç bir məlumat verilməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır