5 oktyabr 2013 - 20:30
Həzrəti Məsumənin (ə) hərəminin xadimləri İmam Cavadın (ə) şəhadət günü münasibəti ilə əza yürüşü ediblər + Foto

Bu gün, həzrəti Xanım Fatiməyi Məsumənin (əleyhi səlam) hərəminin xadimləri, Hicri Qəməri tarixi ilə 200-ci illərin ortalarında İmam Həsən Əskərinin (əleyhis səlam) tapşırığı ilə tikilmiş “Məscidi İmam Həsən Əskəri” Məscidindən başlayaraq həzrəti Məsumənin hərəminə kimi əza yürüşü keçiriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 6 Oktyabr, 2013 tarix, Allah Təala tərəfindən İmamət məqamına yüksəlmiş, İmam Muhəmməd Təqinin (əleyhis səlam) şəhadət gününə təsadüf edib. Hicri təqvimi ilə Zil Qədə ayının sonuncu günündə zalım insanlar tərəfindən məzlumcasına Şəhid edilən İmamın Şəhadət günü münasibəti ilə bütün İslam aləmində olduğu kimi İran İslam Respublikasında, xüsusi ilə də Məsuməyi Qum şəhərində İmam Cəvad (əleyhis səlam) həzrətlərinin əza mərasimi xüsusi qeydlə həyata keçirildi.

Belə ki, həzrəti Xanım Fatiməyi Məsumənin (əleyhi səlam) hərəminin xadimləri, Hicri Qəməri tarixi ilə 200-ci illərin ortalarında İmam Həsən Əskərinin (əleyhis səlam) tapşırığı ilə tikilmiş “Məscidi İmam Həsən Əskəri” Məscidindən başlayaraq həzrəti Məsumənin hərəminə kimi əza yürüşü keçiriblər. .f5cls{text-align:justify;} .f5cls a{color:blue;text-decoration:underline;} .f5cls a:hover{color:red;text-decoration:none;} .f5cls a:visited{color:#a44;}

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır