2 oktyabr 2013 - 20:30
“İŞİD” yaraqlıları “Harun Rəşid”in (ə.l) heykəlinin başını qırdılar + Foto

Qeyd olunan yaraqlılar Suriyanın Riqqə əşəhərində yerləşən və ölkənin tarixi abidəsi sayılan “Harun Rəşid”in (əleyhi lənə) mücəssəməsini aşağı endirərək tikə-tikə ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada xalq əleyhinə vuruşan və xarici ölkələrdən cəlb olunmuş yaraqlılradan ibarət “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı silahlı qruplaşma ünsürləri növbəti vandal siyasətlərini həyata keçiriblər.

Belə ki, qeyd olunan yaraqlılar Suriyanın Riqqə əşəhərində yerləşən və ölkənin tarixi abidəsi sayılan “Harun Rəşid”in (əleyhi lənə) mücəssəməsini aşağı endirərək tikə-tikə ediblər.

Qeyd edək ki, “İraq və Şam İslam Dövləti” adlı təkfirçi qruplaşmanın etiqadına əsasən bütün heykəl və təndislər “büt” hökmünü daşıyır və onların dağıdılması labüddür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır