Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əl-Qaidə beynəlxalq terror təşkilatının Suriya qanadı “İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması bəyanat yayımlayaraq, Türkiyə torpaqlarında da terror əməliyyatlarının həyata keçirəcəklərini bildiriblər.
Bəyanatda bildirilir ki, bir müddət bundan öncə olduğu kimi Türkiyə hərbiçilərinin nəzarəti altında olan Babu Səlamə və Babul Həva keçid məntəqəlri yenədə İŞİD yaraqlılarının üzərinə açılsın.
Yaraqlıların xəbər portallarında yayımlanan bəyanatda deyilir: “Türkiyə torpaqlarındakı kafir və təcavüzkarları təmizləmək üçün “İraq və Şam İslam Dövləti” şirləri tezliklə öz “pak” pəncələri ilə meydana girəcəklər”.(!)
Bəyanatda qondarma “İraq və Şam İslam Dövləti” adlı terror təşkilatı, Türkiyə dövlətinə Suriya və Türkiyə sərhədindəki qeyd olunan iki keçid məntəqəsinin Bazar Ertəsinə kimi açılmasını möhlət vermişdir.
İŞİD-in yayımladığı bəyanatda Ərdoğana işarə edilərək deyilir: “Sən və sənin ətrafındakılar bilməlisiniz ki, ölkədə “zülm”ü həyata keçirtdikdən sonra başlarınıza tuşlanmış güllələrdən özünüzü qoruyasınız. Çünki Allahın hökmü “Zalım və Təcavüzkarlara” nazil olub”.
“İraq və Şam İslam Dövləti” adlı terror qruplaşması bəyanatda həmçinin Türkiyənin “Reyhaniyyə” və “Babul Həva” məntəqələrində baş verən terror hadisələrin məsuliyyətini öhdəsinə götürərək, bundan belə kamikaze aktlarının İstanbul və Ankarada baş verəcəyini və Türkiyənin maraqlarına zərbələr endirəcəklərini bildiriblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır