Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, Hərat şəhərində üç təkərli nəqliyyatvasitəsini bubi bombası ilə quraşdıraraq intihar əməliyyatını həyata keçirtmək istəyən azğın taliban yaraqlı ünsürlərindən bir nəfərini intihar əməliyyatından öncə həbs etməyə nail olublar.
Taliban yaraqlılarının verdikləri puç təlimatlarının təsiri altına düşmüş intiharçı, dindirmə zamanı Əfqanıstan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına bildirib: “Rəhbərlərimiz bizə bildirirdilər ki, əgər intihar əməliyyatlarını həyata keçirəriksə bizi “BEHEŞT” gözləyir...”
Video kamera qarşısında danışan yaraqlı, daha sonra öz cinayətinə etiraf edərək bildirib: “Bİz intihar əməliyyatlarını təlim keçərkən başçılarımız tərəfindən cinsi təcavüzə məruz qalırdıq...”
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalandığına sevinən intiharçı deyib: “Mən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulmağıma çox sevinirəm. Çünki onlar bu işlə həm məni puç ölümdən və həm də mənə cinsi təcavüz edənlərin əlindən xilas edərək nicat veriblər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır