27 sentyabr 2013 - 20:30
Qətər Suriyada vuruşan əl-Qaidə terror qruplaşmasının ən böyük sponsurudur

Bu arada Qərb qazetləri də öz növbəsində oxşar məqalələr dərc edərək, Suriyada döyüşən əl-Nüsrə, Şam və İraq İslam Dövləti, Əhrari Şam terror qruplaşmalrının başda Qətər olmaqla, Fars Körfəzi ətrafında yerləşən ərəb dövlətləri tərəfindən maliyələşdiklərini bildiriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikanın “Тhе Wаshington Pоst” qazeti Suriya həqiqətləri haqda bəzi mühüm məsələləri işıqlandırıb.

Qazet, Suriyada xalq əleyhinə vuruşan, xarici ölkələrdən gətizdirilmiş əl-Qaidə terror qruplaşmasının muzdlu döyüşmçülərinin əksəriyyətinə sponsurluq edən ölkənin məhz Qətər olduğuna etiraf edib.

“Тhе Wаshington Pоst” bu haqda yazaraq bildirir ki, Ərəb ölkələrində xeyriyə cəmiyyətləri adı altında fəaliyyət göstərən müəssisələr, xüsusən də Qətər dövləti başda olmaqla, yığılan yardımlar Bank vasitəsi ilə, nəqd olaraq əl-Qaidə terror qruplaşmasının üzvləlrinə çatdırılır.

Bu arada Qərb qazetləri də öz növbəsində oxşar məqalələr dərc edərək, Suriyada döyüşən əl-Nüsrə, Şam və İraq İslam Dövləti, Əhrari Şam terror qruplaşmalrının başda Qətər olmaqla, Fars Körfəzi ətrafında yerləşən ərəb dövlətləri tərəfindən maliyələşdiklərini bildiriblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır