Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “The Washington Post” qazeti, Rusiya və Amerikanın Suriya dövlətinin kimyəvi ehtiyatları haqda apardıqları gizli qiymətləndirmələrini işıqlandıran məqalə dərc edib.
Məqalədə bildirilir ki, Suriyadakı mövcud kimyəvi ehtiyatlar, qeyrihərbidir və ilkin baxışların əksinə olaraq, tez bir zamanda məhv olmaq qabiliyyətinə malikdir.
Bu məruzəyə əsasən ABŞ və Rusiya rəsmiləri artıq buna əmindirlər ki, Suriyadakı bütün kimyəvi ehtiyatları 9 ay ərzində məhv etmək mümkündür. Habelə, qeyd olunan kimyəvi ehtiyatlar qeyrihərbi xarakter daşıdığı üçün, ölkədəki mövcud terror qruplaşmalarına ötürülməsi qeyrimümkündür...
Qeyd edək ki, “The Washington Post” bu haqda məlumatı iki anonim şəxs tərəfindən aldığını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır