19 sentyabr 2013 - 19:30
Suriyada təkfirçilər 130 xristianı doğradılar

Yaraqlılar, gecə radələrində xristianların yaşadıqları evləri mühasirəyə alaraq, qadın və az yaşlı uşaqlar olmaqla ev sakinərinin bütün üzvlərini əsir tutmş, onların əl və ayaqlarını bağladıqdan sonra Hələb yaxınlığındakı meşəlikə apararaq odlu silahlardan atəş açmaqla hammını qətlam etmiş, daha sonra onların başlarını və bədən əzalarını doğramışlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əl-Qaidə beynəlxalq terror təşkilatının ünsürləri və q eyd olunan silahlı qruplaşmanın Suriya qanadı əl-Nüsrə yaraqlıları, Suriyanın Hələb əyalətində xristianların kompakt yaşayan məntəqələrinə hücum çəkərək, evlərini viran etmiş və 130 xristianı həlakətə uğratmışlar.

Yaraqlılar, gecə radələrində xristianların yaşadıqları evləri mühasirəyə alaraq, qadın və az yaşlı uşaqlar olmaqla ev sakinərinin bütün üzvlərini əsir tutmş, onların əl və ayaqlarını bağladıqdan sonra Hələb yaxınlığındakı meşəlikə apararaq odlu silahlardan atəş açmaqla hammını qətlam etmiş, daha sonra onların başlarını və bədən əzalarını doğramışlar.

əl-Diyar qazetinin məlumatına görə, Allahsız sələfi ünsürləri, ölmüş cəsədlərin qalıqlarını bir yerə yığaraq yandırmış, daha sonra isə hamını kütləvi məzarlıqda basdırmışlar.

Qeyd edək ki, Suriyada yaşayan xristianlar əhalinin 10%-ni təşkil edir və yaraqlı ünsürlərin əksəriyyəti xristian vətəndaşlarını ölkənin rəhbəri Bəşşar Əsədin tərəfdarları kimi tanıyırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır