16 sentyabr 2013 - 19:30
İmam Xameneyi Sepah komandirləri ilə görüşüb + Foto

Ayətullah Xameneyi: “Siyasət - təbəssüm, müzakirə və yenə müzakirə üçün təşəbbüsü ələ almaq sahəsidir. Mən xarici siyasətdə bir neçə il əvvəl “qəhrəmancasına yumşalma taktikası” adlandırdığım prinsipin tərəfdarıyam və buna inanıram...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Uzma Seyyid Əli Xameneyi cənabları bu gün 17 Sentyabr-da İslam İnqilabının Keşişkiçləri Korpusunun- Sepahın komandirləri ilə görüşərək ölkənin xarici siyasətindən, nüvə fəaliyyətindən, Qərblə münasibətlərdən və Sepahın siyasətdəki iştirakından danışıb.

İmam Xameneyi cənabları, nüvə silahının tərəfdarı olmadığına işarə edərək bildirib: “Biz amerikalılara və ya başqalarına görə yox, əqidəmizə görə nüvə silahını qəbul etmirik. Hesab edirik ki, heç kəsin nüvə silahı olmamalıdır. Özümüz də onun dalınca getmirik. Lakin müxaliflərin iddiası başqadır. Bir neçə ölkə var ki, nüvə enerjisi sahəsində inhisarı əlindən buraxmaq istəmir. Elə buna görə də Amerika və ona bağlı Qərb cərəyanları hay-küy salır, həngamə qoparırlar”.

Çıxışının davamında xarici siyasət məsələsinə toxunan Lider vurğulayıb: “Bu çox mürəkkəb sahədir. Siyasət - təbəssüm, müzakirə və yenə müzakirə üçün təşəbbüsü ələ almaq sahəsidir. Mən xarici siyasətdə bir neçə il əvvəl “qəhrəmancasına yumşalma taktikası” adlandırdığım prinsipin tərəfdarıyam və buna inanıram. Hesab edirəm ki, bu cür davranmaq bir çox halda vacibdir. Lakin belə bir hərəkət əsas şərtə söykənərək aparılmalıdır. Misal üçün, bir güləşçi lazım olan vaxtda fənd işlədib yumşaldığını göstərir. Lakin o, rəqibinin kim olduğunu və hansı hədəfi izlədiyini unutmur”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır