13 sentyabr 2013 - 19:30
İraqda 42 terrorçu yaxalandı – İmam Həsən Əskərinin hərəmində 3 zəvvar Şəhid oldu

Ölkənin Ali Rütbəli Hərbiçiləri ilə Müqəddəs Samirra şəhərinə səfər edən İraqın Müdafiə Naziri, Samirra şəhərinə ziyarətə gələn zəvvarların təhlükəsizlikini təmin etmək və yaraqlılara qarşı hansı addımların atılması məsələsini araşdırıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ordusunun terrorçuları müəyyənləşdirmə üçün apardığı əməliyyatların davamında, Neynəva əyalətinin Əməliyyat Qruppası, əyalətin müxtəlif məntəqələrində 42 yaraqlını yaxalayaraq həbs edib.

İraqın Müdafiə Naziri Sədun əl-Duleymi, Səlahud Din əyalətinin Təhlükəsizlik məsələsini xüsusi ilə də Müqəddəs Samirra şəhərinin sabitlikini qorumaq üçün araşdırmaq məqsədi ilə bu əyalətə səfər edib.

Ölkənin Ali Rütbəli Hərbiçiləri ilə Müqəddəs Samirra şəhərinə səfər edən İraqın Müdafiə Naziri, Samirra şəhərinə ziyarətə gələn zəvvarların təhlükəsizlikini təmin etmək və yaraqlılara qarşı hansı addımların atılması məsələsini araşdırıblar.

İraqın Müdafiə Naziri, bəyanat verərək bildirib: “Səlahud Din əyaləti, xüsusi ilə də Samirra şəhərinin təhlükəsizlikini qorumaq Nazirliyin önəmli məsələlərindən biridir. Həmçinin Nazirliyin əməkdaşları, şəhərə gələn zəvvarlara qarşı terror əməliyyatları həyata keçirən yaraqlılara qarşı lazımı addımlar atacaqlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır