7 sentyabr 2013 - 19:30
Ziya Məmmədov Azərbaycan və İİR dəmir yollarının birləşdirilməsini istəyib

Ziya Məmmədov həmçinin İran İslam Respublikasının quru yollarında Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin normal hərəkətinə yaradılmış şəraitə görə iranlı həmkarı Abbas Axundiyə təşəkkür edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Nəqliyyat Naziri Ziya Məmmədov İran İslam Respublikasının Nəqliyyat Naziri ilə görüş zamanı bildirib: “Azərbaycan və İranın dəmir yollarının birləşdirilməlidir”.

Görüş Türkiyənin İstanbul şəhərində keçirilən XI Beynəlxalq Nəqliyyat, Dənizçilik və Xəbərləşmə Şurasına üzv ölkələrin toplantısı çərçivəsində baş tutub.

Hər iki tərəf beynəlxalq sahədə ikitərəfli əlaqələrin inkişafında nəqliyyatın əhəmiyyətini vurğulayıblar. Ziya Məmmədov həmçinin İran İslam Respublikasının quru yollarında Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin normal hərəkətinə yaradılmış şəraitə görə iranlı həmkarı Abbas Axundiyə təşəkkür edib.

Qeyd edək ki, 3 gün dəvam edəcək konfransda müxtəlif ölkələrdən olan 16 nazir və altı nazir müavini iştirak edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır