7 sentyabr 2013 - 19:30
Hələb, Lazqiyə və İdlib rayonlarında xarici terrorçular ağır itkilər verdi

Anti-terror əməliyyatlarında Küveyt vətəndaşı Maqsud əl-Qani, Sultana əl-Xalid, İordaniya vətəndaşı Qəssab əl-Kəmran, Rəşid əl-Riz, Libya vətəndaşı Dahruc Əbu Qübbə, Səudi Ərəbistan vətəndaşı, Bərəkət Attar, Faslı İsmayıl, Əziz, Faris əl-Səvva və Şükrü Əbdürrəhman adlı muzdlu terroristlərin darmadağın edilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Milli Ordusunun silahlı qüvvələri ölkənin Hələb, Lazqiyə və İdlib əyalətlərində yabançı terrorçuları ağır itkilər verməyə məcbur ediblər.

Hərbi qaynaqlardan verilən məlumatlarda, Suriya Silahlə Qüvvələri Hələb rayonunun Xan Əsəl, Cdeyde, Quveyris, Rəyyan və Balat qəsəbələrində terroristlərin bomba qurğularını istehsal edən emalatxananı, havan topları və mərmi rampasını məhv edərək, içərilərində əl-Nüsrə yaraqlıları olmaqla çox sayda terroristi öldürüb və bir çoxlarını yaralayıblar.

Qaynaq daha sonra Milli Ordunun Lazqiyə rayonunda apardığı anti-terror əməliyyatları zamanı, Kürt bölgəsində xarici dövlətlərdən gətizdirilmiş terrorçuların böyük miqdarda sursat daşıyan iki yük müşınını məhv etdiyini bildirərək, qarşıdurma zamanı Küveyt vətəndaşı Maqsud əl-Qani, Sultana əl-Xalid, İordaniya vətəndaşı Qəssab əl-Kəmran, Rəşid əl-Riz, Libya vətəndaşı Dahruc Əbu Qübbə, Səudi Ərəbistan vətəndaşı, Bərəkət Attar, Faslı İsmayıl, Əziz, Faris əl-Səvva və Şükrü Əbdürrəhman adlı muzdlu terroristlərin darmadağın edildiyini bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır