Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 7 Sentyabr, 2013 tarix, yerli vaxtla saat 08:00- da, İran İslam Respublikasının Əfqanıstanın Hərat əyalətində yerləşən konsulluğuna basqın edilib.
Hərat Polis Şobəsinin Spikeri Əbdül Rəuf Əhmədi, bu barədə bildirib: “Təzahüratçılar İran İslam Respublikasının Hərat əyalətindəki konsulluğuna od vurub yandırmaq istəyirdilər. Lakin Təhlükəsizlik Qüvvələrinin tədbirləri ilə qarşılaşmalı oldular”.
Hal şahidlərinin verdiyi məlumata görə, yürüş təşkil edənlərin sayı 500 nəfər yaxın olub.
Polis həmçinin bildrib: “Qızışdırıcılarla sərt rəftar edildi... Qarşıdurma zamanı yürüş edənlərdən bir nəfər həlak oldu, 3 nəfər isə xəsarət alaraq yaralandı. Qeyd edək ki, hadisə zamanı 4 polis əməkdaşı yaralanaraq Hərat xəstəxanasına yerləşdirilib”.
Bəzi yerli KİV-lərin məlumatına görə isə, qarşıdurmada iki nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb. Ölənlərdən birinin isə polis əməkdaşı olduğu bildirilir.
Hazırda İran İslam Respublikasının Konsulluq binası Polis qüvvələri tərəfindən tam nəzarət altına götürülüb və məntəqədə sabitlik hökm sürür.









Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır