5 sentyabr 2013 - 19:30
İşğalçı ABŞ Azərbaycana 907-ci maddəni qondarma Qarabağ respublikasına isə yardıma davam edir

İşğalçı ölkənin səfiri, ABŞ dövlət departamenti tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasına ayrılan humanitar yardımların hər hansı bir siyasi məqsəd daşımadığını deyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işğalçı Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar, ABŞ Dövlət Departamentinin hər il Dağlıq Qarabağa yardım ayırması məsələsini təbii sayaraq, bunun üçün Azərbaycan dövlətinin etiraz etməsinə dair heç bir bir dəlilin olmadığını bildirib.

İşğalçı ölkənin səfiri, ABŞ dövlət departamenti tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasına ayrılan humanitar yardımların hər hansı bir siyasi məqsəd daşımadığını deyib.

O, həmçinin işğalçı Amerika dövlətinin Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan qüvvəllərinə dayaq məqsədi ilə Azərbaycana qarşı birbaşa dövlət yardımını qadağan edən 907-ci maddənin tətbiq etməsini və bu günə kimi sözü gedən embarqoda düzəlişin olunmadığını da bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır