27 avqust 2013 - 19:30
"Amerikanın Suriyaya ehtimalı müdaxiləsi faciədir" + Foto

İslam İnqilabının Böyük Rəhbəri münasib islami hökumətin yeddi mühüm xüsusiyyətini bəyan edərək belə buyurublar: Amerikanın Suriyaya ehtimalı müdaxiləsi faciədir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Həzrət Ayətullah Əl-üzma Xamenei bu gün çərşənbə (28 avqust) İranda 11-ci hökumətin nazirlər kabinetinin birinci görüşündə regionun həssas və böhranlı vəziyyətinə işarə edərək belə bildiriblər: Məntəqədən kənar və xarici qüdrətlərin bir ölkəyə müdaxiləsinin müharibə alovunu daha da alovlandırmaqdan başqa bir nəticəsi olmayacaq və xalqların hücumlara qarşı nifrətini artıracaqdır.İsam İnqilabının Böyük Rəhbəri sonra belə bildiriblər: Regionda müharibə alovunu alovlandırmaq barıt anbarına bir qığılcım kimidir ki, onun cəhətləri və mənfi nəticələri naməlumdur.Həzrət Ayətullah Əl-üzma Xamenei Suriya hadisələri haqda və Amerikanın ehtimali hərbi müdaxiləsi region üçün bir faciə olduğunu bildirərək deyib: Əgər belə bir hərəkət həyata keçirilərsə amerikanlar İraq və Əfqanıstanda olduğu kimi mütləq zərər edəcəklər.İslam İnqilabının Böyük Rəhbəri Misir hadisələri haqda da belə buyurublar: İİR heç bir vəchlə Misirin daxili işlərinə müdaxilə etmək istəmir, amma Misir xalqının qırğını haqda sükut etmək olmaz.Həzrət Ayətullah Əl-Üzma Xamenei sonra belə bildiriblər: Misirdə kəskin şəkildə daxili müharibədən çəkinmək lazımdır. Çünki Misirdə daxili müharibə İslam dünyası və region üçün bir faciə olacaq.Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır