20 avqust 2013 - 19:30
Mursi zindana getdi, Hüsnü naMübarək azadlığa çıxdı

Misirin sabiq Diktatoru Hüsnü naMübarək müvəqqəti azad edilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misir məhkəməsi diktatorun azad edilməsinə qərar verib.

Qatil diktatorun vəkili, açıqlama verərək deyib: “Müvəkkilim Hüsni Mübarək, sabah (22 Avqust 2013 tarixdə) cəzaçəkmə müəssisəsindən azad ediləcək.”

Qeyd edək ki, Misir məhkəməsinin bildirdiyinə görə, sabiq diktator müvəqqəti azadlığa buraxılıb. Onun və ailəsinin əmlaklarına gəlincə isə, hələlik dövlət nəzarəti altında saxlanılır. Çünki, bu əmlaklar haqda heç bir bəraət hökmü verilməyib.

Xatırladaq ki, diktator H. naMübarək 2011-ci ildə ölkədə baş verən inqilabda 800 günhasız aksiya iştirakçılarını amansızcasına qətlə yetirdiyi üçün devrilərək, ona qarşı qeyd olunan qətlər və müxtəlif ittihamlar irəli sürülüb. Hazırda diktator, Qahirənin cənubunda yerləşən Tora həbsxanasına saxlanılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır