19 avqust 2013 - 19:30
Omran əl-Zoubi: “Ərdoğan, məğlubiyyət depressiyanı yaşayır”

əl-Zoubi: “Ərdoğanın Türkiyə daxilində yürütdüyü məsuliyyətsiz siyasəti regionda da iflasa uğrayıb. Bu iflasın səbəbi də onun anti-Suriya mövqeyinə aiddir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İnformasiya Naziri Omran əl-Zoubi media konfransında çıxış edərək bildirib: “Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan, müvəffəqiyyətsizliyini təsdiq etmək istəməyən məğlubiyyət depresyonunu yaşayır.”

Jurnalistlərin suallarını cavablandıran Zoubi daha sonra deyib: “Ərdoğanın Türkiyə daxilində yürütdüyü  məsuliyyətsiz siyasəti regionda da iflasa uğrayıb. Bu iflasın səbəbi də onun anti-Suriya mövqeyinə aiddir.”

Omran əl-Zoubi daha sonra deyib: “Ərdoğanın, imperiya ambisiyalarına sadiq olan siyasətlərindən artıq boş bir xülyalar qalıb.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır