19 avqust 2013 - 19:30
Höccətül İslam H.Ruhani: “İİR-da fars, türk və ya ərəb hökuməti yoxdur. İİR hökuməti var”

Doktor Ruhani: “Vəliyyi-fəqih”imiz (Müçtehidin hakimiyyəti) var, hamımız da onun çətirinin altındayıq və bir konstitusiyamız var, yenə də hamımız onun çətiri və himayəsinin altındayıq. Güman edirəm ki, lor, türk, ərəb və fars hamısı eyni güllərdir. Sadəcə ayrı-ayrı rənglərinə görə seçilirlər. Ölkədəki xalqlar və etnik qruplar İran gülüstanının dürlü-dürlü gülləridir”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Prezidenti Höccətül İslam Şeyx Həsən Ruhani avqustun 19-da keçmiş nazirlərin vidalaşma, yeni nazirlərin təqdimat mərasimində çıxış edib.

Doktor Həsən Ruhani deyib: “Bizim ali təhsilli qadınlarımız var. Onlar boyunlarına ciddi məsuliyyət almağa hazırdır. Qadınların nazir postuna təyin edilməməsi ölkəyə hakim özəl şəraitə görədir. Biz xanımlara minnət qoymuruq. Bu onların qanuni və təbii hüququdur. Elə buna görə də mən nazirlərə tövsiyə edirəm ki, müxtəlif vəzifələrdə qadınlar və gənclərdən də istifadə etməyə çalışsınlar”.

Ölkədəki etnik qrupların hüququna toxunan Höccətül İslam Həsən Ruhani deyib: “Mənim hökumətimdə heç bir rəsmi, o sıradan da Daxili İşlər Nazirliyinin rəsmiləri ölkənin müxtəlif xalqları, dinləri və məzhəbləri arasında fərq qoymamalıdır, onların vətəndaşlıq hüququna riayət etməlidir. Çünki hamının hüququ bərabərdir, türk, lor, bəluc və ərəb arasında heç bir fərq yoxdur.

İİR-da fars, türk və ya ərəb hökuməti yoxdur. İran İslam Respublikasının hökuməti var. İİR vahid bir çətirdir və hamımız bu vahid çətirin altındayıq. Vahid bir sistemimiz var və hamımız da bu vahid sistemin altındayıq. “Vəliyyi-fəqih”imiz (Müçtehidin hakimiyyəti) var, hamımız da onun çətirinin altındayıq və bir konstitusiyamız var, yenə də hamımız onun çətiri və himayəsinin altındayıq. Güman edirəm ki, lor, türk, ərəb və fars hamısı eyni güllərdir. Sadəcə ayrı-ayrı rənglərinə görə seçilirlər. Ölkədəki xalqlar və etnik qruplar İran gülüstanının dürlü-dürlü gülləridir”, - deyə cənab Ruhani bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır