Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 14 avqust, 2013-cü il, Pakistan İslam Respublikasının istemarçı ingilis imeriası əsarətindən azad olan günü və Pakistan İslam Respublikasının Milli İstiqlal günü kimi qeyd olunub.
Milli İstiqlal Günü münasibəti ilə Pytaxt İslamabadda 31, digər 4 böyük əyalətlərdə 21 top atəşi açılaraq, Pakistan xalqı hərbi salamla salamlanıblar.
Mərasimdə xüsusi müxtəlif ayinlər icra olunub. Bu gün, həmçinin səhər radələrində İslamabad senatorluğunun Konvansiyon Zalında, BMT baş katibi Pan Gi Munun hüzuru ilə, Pakistan İslam Respublikasının Bayrağı göyə ucaldılıb.
Xatırladaq ki, uzun yüz illiklərdən sonra nəhayət 1947-ci ildə İngilis əsarətindən yaxa qurtararaq istiqlaliyyət qazanan Hindistan, dini icma prinsipi əsasında iki dövlətə - Hindistan və Pakistan dövlətlərinə bölündü. 1947-ci ilin avqustun 14-də müstəqil Pakistan Dövlətinin yaradıldığı elan edildi. 1956-cı ilin martın 23-də isə rəsmi olaraq Pakistan İslam Respublikası elan edildi









Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır