Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Livandakı rəsmi səfiri, cənab Qəzənfər Roknabadi, Livan Müqavimət Hərakatının 33 günlük müharibədə qazandığı qələbənin ildönümü münasibəti ilə, Hizbullah Müqavimət Hərakatının Şəhidi, Şeyx Raqib Hərb-in ailəsi ilə görüşüb.
Səmimi keçirilən görüş, Livanın Cənub bölgəsinin Nəbtiyyə əyalətində yerləşən Cəbşəyit şəhərində, Şəhid Raqibin evində baş tutub.
Görüş zamanı İİR səfiri Qəzənfər Roknabadi cənabları, İmam Xamenei həzrətlərinin Şəhid Raqibin ailəsinə hədiyyə göndərdiyi Quran Kərimi Hizbullah Təşkilatının İctimai işlər üzrə məsulu Şeyx Əbdül Kərim Ubeyd cənablarının müşayiətilə Şeyx Raqibin ailəsinə təqdim edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır