4 avqust 2013 - 19:30
İİR-la siyasi əlaqələrin bərpa edilməsi üçün ilk addımı İngiltərə atmalıdır- Ərəqçi

Ərəqçi: “Avqustun 4-də İran İslam Respublikasının Prezidenti Doktor Həsən Ruhaninin andiçmə mərasimində 55 əcnəbi nümayəndə heyətinin iştirak etməsi ölkənin təcrid vəziyyətində olmadığını, beynəlxalq aləmdə etimadının olduğunu sübut edir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Abbas Ərəqçi bildirib: “İngiltərə İİR-la diplomatik münasibətlərin bərpa edilməsində maraqlıdırsa, ilk addımı rəsmi London atmalıdır.”

Onun sözlərinə görə, rəsmi London Tehranla münasibətlərdə yeni yanaşma tətbiq etməlidir.

Ərəqçi qeyd edib ki, avqustun 4-də İran İslam Respublikasının Prezidenti Doktor Həsən Ruhaninin andiçmə mərasimində 55 əcnəbi nümayəndə heyətinin iştirak etməsi ölkənin təcrid vəziyyətində olmadığını, beynəlxalq aləmdə etimadının olduğunu sübut edir.

XİN nümayəndəsi deyib: "Son bir neçə il ərzində İİR-ın xarici siyasətinin uğursuz olduğunu demək ədalətsizlikdir".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır