2 avqust 2013 - 19:30
İmam Xamenei Şeyx Həsən Ruhaninin prezident vəzifəsini təsdiqlədi + Foto

Tehranda yerli vaxtla saat 17:00-da başlayan mərasimdə Höccətül İslam Həsən Ruhani İmam Xamenei tərəfindən prezidentlik vəzifəsinə təyin olunması təsdiqlədikdən sonra, rəsmən İran İslam Respublikasının Prezidenti vəzifəsində Doktor Mahmud Əhmədi Nejadı əvəz etdi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 3 Avqust 2013 tarix, Tehran vaxtı ilə 17:00 radələrində Ümümdünya Müsəlmalraının Ali Lideri Seyid Əli Xameneyi cənabları cari ilin iyun ayında ölkədə keçirilən prezident seçkilərində qalib gəlmiş Höccətül İslam Doktor Həsən Ruhanini prezident vəzifəsinə təyin olunmasını təsdiqlədi.

Tehranda yerli vaxtla saat 17:00-da başlayan mərasimdə Höccətül İslam Həsən Ruhani İmam Xamenei tərəfindən prezidentlik vəzifəsinə təyin olunması təsdiqlədikdən sonra, rəsmən İran İslam Respublikasının Prezidenti vəzifəsində Doktor Mahmud Əhmədi Nejadı əvəz etdi. Bundan sonra o artıq rəsmi olaraq ölkəni dörd il ərzində idarə etməyə başlayacaq.

Qeyd edək ki, avqustun 4-də isə Həsən Ruhani İslam Şurası Məclisi-parlamenti qarşısında and içəcək. Mərasimdə 11 ölkənin prezidentləri, onlarla parlament sədrləri, xarici işlər nazirləri və vitse-prezidentləri iştirak edəcək. Azərbaycandan mərasimdə Milli Məclis sədri Oqtay Əsədov iştirak edəcək.

Bildirək ki, iyunun 14-də keçirilən seçkilərdə H.Ruhani 50.71 faiz yığaraq prezident seçilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır