Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının yeni prezidenti Höccətül İslam Şeyx Həsən Ruhaninin anti-sionist çıxışından sonra işğalçı israil rejiminin qondarma baş naziri Benyamin Netenyahu bu çıxışa reaksiya verib.
Qondarma nazir, Höccətül İslam Şeyx Həsən Ruhaninin əsl üzünü ortaya qoyduğunu bildirərək deyib: “Bu çıxış tezliklə təkzib olunsa belə bu kişinin deyilən sözlərə əqidəsi var və bu İranın stratejik oyunudur.”
Qeyd edək ki, Höccətül İslam Şeyx Həsən Ruhani bu gün beynəlxalq “Qüds günü” münasibəti ilə Tehranda keçirilən yürüyüşdə iştirakı zamanı sionist rejimin məhv olmasının vacibliyini önə çəkərək deyib: “Bizim bölgədə islamın bədənində illərlə sağalmayan yara var, hansıkı onu sağaltmalıyıq. Sionist rejmin Fələstində öz zülmlərinə davam etməkdədir və bu gün həqiqətdə müləmanların öz haqqlarını unutmamaq və daima zülm əleyhinə çıxmaq günüdür. ”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır