Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vyanada İmam Əli (əleyhis səlam) adına İslam Mərkəzində Qədr Gecələri keçirilib.
Mərasimdə iranlı, türkiyəli, avstriyalı, pakistanlı, iraqlı, əfqanıstanlı Şiələr aktiv iştirak ediblər. Mərasimdə çıxış üçün söz Höccətül İslam vəl Muslimin Raşid Yəzdi cənablarına verilib.
Xətib, çıxış zamanı Əmirəl Mömininin (əleyhis səlam) şəhadətində insan üçün önəmli anların olduğuna işarə edərək bildirib ki, ömrün son anlarında Dini Sağlamlıq mühüm məsələdir.
Mərasimdə İmam Əli (əleyhis səlam) adına İslam Mərkəzinin İmam Camaatı və müdiri Höccətül İslam vəl Muslimin Məhmud Lənkərani cənabları da çıxış edib.
Mərasimdə Coşən Kəbir duası oxunub, başa Quranlar qoyulub, tövbə mərasimi keçirilib, həmçinin rozə və mərsiyələr də deyilərək İmam Əli (əleyhis səlam) üçün əza saxlanılıb.



































Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır