Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən “Avropa İttifaqı”-nın Livan təmsilçisi Anjelina Eiçhorst, Hizbullahın yer aldığı Livan hökümətiylə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
Angelina Eichhorst Hizbullahın hərbi qolunun "törror təşkilatı" siyahısına salınmasına toxunaraq , “Aİ”-nin hər 6 aydan bir bu cür qərarlarını yenidən nəzərdən keçirdiyini deyib.
O, Hizbullahın təmsil olunacağı yeni Livan hökumətiylə əməkdaşlığa davam edəcəklərini vurğulayaraq, UNIFIL-in də Livandakı siyasi qruplarla əməkdaşlığa davam edəcəyini deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır