23 iyul 2013 - 19:30
Suriya xalqı əleyhinə savaşan 3 Türk yaraqlısı məhv edildi + Foto

Suriyada imerialist qüvvələrə qarşı yönəlmiş Müqavimət Təşkilatı ilə döyüşlərdə məhv olan türk vətəndaşlarının kimlik vəsiqələri ələ keçib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Avropa, Türk, Ərəb birlikləri artıq üç ilə yaxındır ki, Fələstin torpaqlarını işğal etmiş yəhudi sionist rejiminin təhlükəsizliyini təmin etmək məqsədi ilə, Suriyaya müxtəlif növ ağır və yüngül silahların və azğın, Allahsız vəhabi-sələfi quldurlarının idxalı ilə məşğuldurlar.

Quldur qüvvələr Suriyada təhlükəsizlik məsələsini poza blsələr də, lakin davamlı sürətdə Suriya Milli Ordusunun polad tapdaqları altında əzilərək məhv olurlar.

Belə ki, bu polad tapdaqlar altında daha 3 Türkiyə vətəndaşı əzilərək məhv olub.

Suriyada imerialist qüvvələrə qarşı yönəlmiş Müqavimət Təşkilatı ilə döyüşlərdə məhv olan türk vətəndaşlarının kimlik vəsiqələri ələ keçib.

Yaraqlıların ikisinin Məhəmməd Əmin Doğruçu ilə İbrahim Özdenin Adanalı olduğu və birinin isə Murat Koçakın Ərzurumlu olduğu bildirilir.

Qeyd edək ki, əslən Urfalı olan quldur İbrahim Özdenin, təxminən bir ay əvvəl Suriyada imerialist qüvvələrə qarşı yönəlmiş Müqavimət Təşkilatı ilə döyüşmək üçün Suriyaya getdiyi və əl-Nusrə terror qruplaşmaları cəbhəsi tərəflərində döyüşdüyü ifadə edilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır