Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Dindar Rəşad Ramazanovun vəkilinin Baş Prokurorluğa göndərdiyi vəsatət təmin olunmayıb. Məlumatı vəkil Rövşən Şirəliyev verib.
Vəkil bildirib ki, vəsatət Rəşad Ramazanovun istintaq işinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən alınıb Baş Prokurorluğa verilməsi haqda idi.
Məşhədi Rəşad Ramazanovla hər həftə görüşdüyünü bildirən Rövşən Şirəliyev onun vəziyyətinin normal olduğunu vurğulayıb.
Rəşad Ramazanovun narkotik istifadəçisi olub-olmadığını müəyyən etmək üçün götürülən qan analizlərinin hələ cavabı gəlməyib.
Xatırladaq ki, Dindar Rəşad Ramazanovu (Rəşad Həqiqət Ağəddin) mayın 9-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Ənənəvi olaraq Rəşad Ramazanov da Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ŞƏRLƏNİLİB. Bloqçu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır