Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün 1 iyun 2013 tarixdə Misir prezidenti Mursinin əlehdarları onun təmsil olunduğu sələfiyönlü “müsəlman qardaşları partiyası”nın paytaxt Qahirədəki baş qərargahına hücum edərək oranı dağıdıblar.
Məlumata görə,qərargaha hücum çəkənlər partiya qərargahının giriş yerini dağıdaraq, əmlaklara od vurub yandırmaqla maddi zərərlər yetiriblər.
Hücum ərəfəsində bir qrup partiya üzvləri qərargahdan çölə çıxaraq, etirazçılarla əlbəyaxa olduqdan sonra onların qərargaha girişinin önü alınıb.
Qeyd edək ki, rəsmi məlumatlara görə, bazar günü keçirilmiş etiraz aksiyasında prezidentin tərəfdarları ilə əlehdarları arasında yaranan qarşıdurma nəticəsində 16 nəfər həlak olub, 700 nəfər yaralanıb. Misir Daxili İşlər Nazirliyi bildirib ki, etiraz aksiyalarında 14 milyona yaxın etirazçı iştirak edib. Etirazçılar Misir prezidenti Mursinin iyul ayının 2-ə qədər istefa verdiyini tələb ediblər.





Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır