Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azad Qarabağ Uğrunda Alyansının nümayəndə heyəti Təbriz Universitetinin rektoru doktor-professor Pərviz Ajide ilə görüşüblər. Görşdə rektor hər bir peyğəmbərin bir ya bir neçə möcüzəsi olmasına toxunaraq deyib: "Bizim Peyğəmbərimizin (s) əbədi möcüzəsi Qurandır. Ona əməl etmək dünyanı cənnətə çevirir və İslam dünyasının bütün problemlərinin həll yollarını göstərir".
Dr. Ajide Fransanın Əlcəzairdə müstəmləkəçiliyinə və bu işğalın müsəlmanların əli ilə sonra yetməsinə işarə edərək deyib: "Müstəmləkəçiliyə son qoyulduqdan sonra Əlcəzair xalqının qələbəsinin səbəblərini araşdırmaq məqsədilə elmi konfrans təşkil edildi. Konfransda iştirak edən Fransanın o dövrdəki baş naziri Qurana hörmətsizlik etməklə yanaşı, bu səmavi kitabı müsəlmanların qələbəsinin ən önəmli rəmzi adlandırdı, Quran və Fransanın müstəmləkəsi olan ölkələrin müsəlmanları arasında ayrılıq salınmasını istədi".
Universitetin rektoru artırdı: "Bu gün də yeni müstəmləkəçilər və şeytanlar müsəlmanları Qurandan ayrı salmağa çalışırlar. Ona görə də biz ayıq olmalıyıq və hər gün Quranla bağlı maarifimizi dərinləşdirməliyik".
Azərbaycan Respublikasının xalqının problemlərinə, əsasən də bu ölkənin torpaqlarının işğalına işarə edən dr. Ajide deyib: "Bu problemlərin həlli yolu Quran maarifi ilə tanışlıq və və bu maarifə əməl etməkdir. Bunun üçün Azərbaycanda Quran təlimlərinə başlanılmalı və onu genişləndirmək lazımdır ki, Qarabağın azadlığı gerçəkləşsin".
Universitet rektoru Azərbaycanda Quranın təbliğini və gəncləri Qurana dəvət etməyi bir növ cihad adlandıraraq, bunun bəzi ölkələr üçün xoşagəlməz olduğunu vurğulayıb.
Ölkənin şimal-qərb elmi mərkəzlərinin və Azad Qarabağ Uğrunda Alyansın Qarabağ mövzusunda beynəlxalq konfransın keçirilməsinə əhəmiyyət verməsinə işarə edən doktor deyib: "Qarabağ mövzusunda beynəlxalq konfranas keçirmək böyük işdir. Çünki bu Qarabağ müsəlmanlarının məzlumluq səsini bütün dünyaya çatdırmaqdır".
Dr. Ajide həmçinin İran İslam Respublikasının dünyanın bütün nöqtələrindəki müsəlmanları dəstəkləməsinə işarə edərək deyib: "Qarabağında İslam və müsəlmanların izzəti qorunmalıdır. İslam torpaqlarından bir qarış da əldən vermək müsəlmanlara və İslam ölkələrinə yaraşmaz. Ona görə də vəhdət və yadların təfriqə tələsinə düşməkdən uzaq olmaqla sevimli Qarabağın azad olunması fikrində olmalıyıq".
Qeyd edək ki, Azad Qarabağ Uğrunda Alyansın nümayəndə heyəti bir neçə gün İran İslam Respublikasında, o cümlədən Təbriz və Ərdəbil şəhərlərində səfərdə olublar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır