Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Bəhreynin paytaxtı Mənamənin cənub regionu əl-Məhuz məntəqəsində yerləşən məşhur Şiə Müctehidi Meysəm əl Bəhraninin məqbərəsəi, Ali Xəlifə vəhabi rejiminin muzdluları tərəfindən hücuma məruz qalaraq, içərisindəki əşyalar oğurlanıb.
Bəhreyn əl-Vifaq İctimaiyyəti öncədən buna oxşar hadisələr haqqda elaniyyə verərək bildirmişdir: “əl-Tubəlani Məscidi hücuma məruz qalaraq, daxilindəki əşyalar sındırıb, Məscidin içərisindəki əşyaların bəziləri isə qarət olunaraq yararsız vəziyyətə salınıb. Btün bu hadisələrin önündə, Ali xəlifə rejiminin hərbiçiləri durur. Hətta bəzi əməliyyatlar zamanı hərbiçilər birbaşa hadisələrdə iştirak edərək, Məscidləri viran edir və Məscidin divarlarını güllələyirlər.”
Qeyd edək ki , Meysəm əl-Bəhrani miladi tarixi ilə 1238-ci ildə əl-Məhuz məntəqəsinin Hilta kəndində dünyaya göz açıb və 1299-cu ildə elə həmin döğulduğu yerdə də dünyasını dəyişib. O, 13-cü əsrin ən məşhur Şiə mütəfəkkirlərindən biri olub. Meysəm əl-Bəhrani dövrün ən məhşur alimləri yanında, o cümlədən Xacə Nəsrəddin Tusi, Şeyx Əbu Sadat, Əsəd ibn Əbdul Qadir əl-İsfəhani və Şeyx Cəmalud Din Əli İbn Səlman Bəhrani kimi böyük alimlərin yanında şagirdlik edib.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
