Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Şəhid Mustəfa Çəmranın Livanlı həyat yoldaşı Qadə Cabir xanım livanlı müxbirimizə verdiyi qısa ekskluziv müsahibədə, Şəhid Çəmranın xatirələrindən danışmaqla yanaşı, Şəhid Çəmranın şəxsi evinin indiki vəziyyəti haqqda da bizi məlumatlandırdı.
Qadə xanım bildirib: “Şəhid Mustəfa Çəmranın Livanın Cənub bölgəsindəki, Sur şəhərində yerləşən yaşayış mənzili, hal hazırda həzrət Xanım Zəhra (səlamullahi əleyha) adına vəqf olan Hüseyniyyəyə çevrilib. İndi orada Əhli Beytin (əleyhimus səlam), təvəllüd və şəhadət mərasimləri keçirilməklə yanaşı həmdə xanımların təhsil almaqları üçün Elmi Hövzədir.”
Şəhid Çəmranın xanımı daha sonra bildirib: “60 nəfərdən ibarət olan Elmi Hövzədə həm Fiqh, Əxlaq kimi Dini Elmlər, həm də istənilən dünyəvi elmlər haqqda ali səviyyədə məlumat verilir. Allaha həmdlər olsun ki, Şiə məzhəbi artıq bu evdə rəvac tapmaqdadır.”









Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır