Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam Dünyasında məzhəb qarşıdurması yaratmağa səylər göstərməklə öz qeyrileqal varlığını qorumağa çalışan sionist şeytan qüvvələri, vəhabi təfəkkürlü təkfirçilərdən istifadə edərək Misirdə minlərlə Şiənin məskunlaşdığı əl-Cizə vilayətinin Zaviyət Əbu-Muslim qəsəbəsində Şiə alimi Şeyx Həsən Şəhatənin evinə vəhşicəsinə hücum ediblər. Şeyx Həsən Şəhatənin evində dini mərasimin keçirildiyi zaman edilən hücumda, Şeyx və onunla birgə daha dörd nəfər döyülərək öldürülüb, daha 5 nəfər yaralanıb. Tibbi mənbələrin məlumatına görə, onlar daş, dəyənək, soyuq silah və təpiklərin nəticəsində həlak olublar. Misir Əhli-Beyt Cəmiyyətinin Təsisçisi Məhəmməd əl-Dureyninin sözlərinə görə, bu bənzərsiz vəhşi hadisə artıq məzhəb qırğınıdır... Vəhşi təkfirçilər, Şiələri Şəhid etdikdən sonra onları qəsəbədə sürütləyərək “Şiələr Kafirdir”, “Şiələri Öldürün” şüarlarını veriblər.