Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Səudi Ərəbistan polisləri iki cavan Şiəni Qətif şəhərində güllələyərək Şəhid ediblər.
Səudi vəhabi rejiminin qara siyahısında adı olan 23 İnqilabçı Şiələrdən birinin adı da Şəhid “Mursi Ali Ribh” idi. Onlar ölkənin azadlığı uğrunda, Şərqiyyə əyalətində keçirilən sülhməramlı etiraz aksiyalarının fəalları kimi qeydə alınıblar...
Səudi Ərəbistanın “İslam Həmrəylik Qrupu” baş verən itki haqqda bildirib: “Mursi Ali Ribh, Ərəbistanın əl-Tuba şəhərində Səud rejiminin muzdlu polisləri tərəfindən avtomat silahla hədəfə alınaraq Şəhid edilib...”
Səud rejiminin digər qurbanı isə, əl-Xuveylidiyyə kənd sakini ,19 yaşlı Əli Həsən əl-Məhrusdur. O, Qətif şəhərində, muzdlu polis cinayətkarları tərəfindən tüfənglə vurularaq Şəhid edilib...
Digər bir məlumatda isə, əl-Qədih şəhərciyində də bir ölüm hadisəsinin baş veriildiyi deyilir. Belə ki, vəhabi polisi, bir cavanı güllələyərək Şəhid edib. Lakin bu, haqqda hələlik heç bir agentlik rəsmi məlumat yaymayıb...
Qeyd edək ki, Səudi Ərəbistanın müxtəlif şəhərləri artıq bir ildir ki, vəhabi rejiminin vandal siyasətlərinə, irqçilikə, məzhəb ayrılığına, İlahi qanunların tapdalanmasına və.s. kimi qanun pozuntularına qarşı çıxaraq etiraz aksiyaları keçirir. Artıq bu yolda Ərəbistan Şiələri 19 Şəhid qurban verib...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır