Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işğalçı ABŞ rejiminin “Washington Times” qazeti, Höccətül İslam Doktor Həsən Ruhani cənabları haqqda dərc etdiyi araşdırmasında bildirib: “Ağ Evin, İranın 14 iyun seçkilərinə ehtiyatlı nikbinliklə yanaşmasının əksinə olaraq, Həsən Ruhaninin prezident seçilməsi “olduqca pis bir xəbərdir”.”
Qazet daha sonra Höccətül İslam Həsən Ruhaninin bir vaxtlar İİR Atom Enerjisi Məsələləri üzrə məsuliyyəti haqqda danışaraq, həmçinin onun İmam Xameni cənablarına olan bağlılığına təkid edərək bildirib: “Doktor Ruhani, seçkilərdə qələbə qazandıqdan sonra, mətbuat konfransında verdiyi müsahibəsində İİR-ın Uran Zənginləşdirməsi proqramına təkid edərək, Amerika və Qərb ölkələrindən İranın nüvə hüquqlarına ehtiramla yanaşaraq rəsmi qəbul etmələrini istəyib...”
“Washington Times” sonra yazır: “Həsən Ruhani, İran İslam Hakimiyyəti kimi, on illər boyudur ki, İran xalqına zülm yağdırır. O, “qəddar və hiyləgərdir”... Həsən Ruhani, daim Tehran rejiminin ikiüzlü siyasətlərində rolu olub...”(!)
P.S: Görünür İran İslam Respublikasının hörmətli prezidenti Höccətül İslam Doktor Ruhaninin seçkilərdən sonra mətbuat konfransında verdiyi açıqlamasındakı mühafizəkar yönlü mövqei, digər ölkələrin daxili işlərinə müdaxilə edən amerikalıların təkcə zövqinə uyğun olmamış, həm də onları bərk əsəbləşdirmişdir...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır