Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən sionist rejiminin saytlarından biri olan vala.org, Fələstin Muxtar təşkilatı, xüsusi ilədə bu təşkilatın Baş Nazirliyinin ofisi ilə israil rejimi arasında ilk təhlükəsizlik böhranı artıq baş verdi. Böhrana səbəb, Fələstin Muxtar təşkilatının Baş Naziri Həmdullahın, israil tərəfindən işğal olunmuş Fələstin torpaqlarına baxış keçirən zaman onu qorumaq istəyən israil cangüdənlərindən imtina etməsi olub.
Sionist saytı bu haqqda yazır: “Fələstin Muxtar təşkilatının keçmiş Baş Naziri Salam Fəyyaz, israil cangüdənləri tərəfindən qorunması ilə razılaşmışdır və onların nəzarəti altında “C” məntəqəsinə baxış keçirtmişdir. Lakin Həmdullah bu əmrə tabe olmadı... Bu isə, o deməkdir ki, onu gözləyən ən böyük xətər də məhz, qeyd olunan məntəqədə məskunlaşmış yəhudi sakinləri olacaqdır!.. ”
Fələstin Muxtar təşkilatı Baş Nazirliyinin ofisi isə, bu haqqda bildiriş yayımlayaraq elan edib: “Cənab Baş Nazir, sadə bir Fələstin vətəndaşı kimi, kənarında heç bir nəzarətçi olmadan və heç bir cangüdən onu qorumadan, İordaniya çayı ətrafındakı Fələstin torpaqlarında səyahət etməsini istəyir.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır