Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünən Pakistanda, inistut tələbə qızları daşıyan avtobusa silahlı hücum olub. Nəticədə 11 qadın yerindəcə keçinərək Şəhid olmuşdur. Bu gün isə aldığımız məlumata görə, sionist qüvvələrinin anti-İslam layihələrini canla başla həyata keçirdən sələfi-vəhabi yaraqlıları, dünənki hadisə zamanı xəsarət alaraq xəstəxanada yerləşdirilən tələbə qızların ardıyca gedərək. Xəstəxananın Təcili Yardım bölməsinin girişini partladmış və ətraf məntəqəni mühasirəyə almışlar. Növbəti terror hadisəsi zamanı daha, 14 nəfər həyatını itirmişdir.
Bu haqqda açıqlama verən Pakistan rəsmiləri bildiriblər: “Silahlı ünsürlər, Kuveytə şəhərindəki Bəlan Tibb Mərkəzini mühasirəyə alaraq, ölkə Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə silahlı atışmaya giriblər. Onlar, yüzlərlə həkim, tibb bacısı və xəstəni mühasirədə saxlayıblar...”
Ölkə rəsmiləri daha sonra hadisə qurbanlarının sayını açıqlayaraq bildiriblər: “Hadisədə, 4 nəfər terrorçu, 1 nəfər Təhlükəsizlik Nazirliyinin Əməkdaşı və 4 nəfər tibb bacısı olmaqla, 14 insan həyatını itirib.”
Pakistan Dxili İşlər Nazirliyinin verdiyi açıqlamada isə, dünən baş verən silahlı hücum zamanı 14 tələbə qızın Şəhid olduğu, 20 tələbə qızın isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralandığını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır