Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriyanın şimalında yerləşən Hələb şəhərinin əhalisi ötən cümə günü yürüş keçirmişlər.
“Farsnews” xəbər agentliyinin Dəməşqdə olan müxbirinin verdiyi məlumata görə, onlar, birinci yürüşdə Suriya Milli Ordusunun müxtəlif şəhərlərdə və məntəqələrdə olan hərbi əməliyyatlarını himayə edərək şüar səsləndiriblər. Bu yürüşdə Suriya Milli Ordusunun “Əl-Quseyr” şəhərində terroristlər üzərində olan qələbəsini qeyd etmişlər.
Həmçinin Hələb şəhərində baş tutan başqa bir mitinqdə etirazçı Türkiyə xalqı ilə həmrəy olduqlarını və onların Rəcəb Təyyib Ərdoğan hökuməti əleyhinə keçirilən mitinqlərini dəstəklədiklərini bildirmişlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır