Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Livan Hizbullah Təşkilatının Baş Katibi Höccətül İslam Seyyid Həsən Nəsrullah, sabah 25 may 2013 tarixdə, Hizbullahın işğalçı israil sionist rejiminə qarşı qazandığı qələbəsinin 13 illik ildönümü münasibəti ilə, çıxış edəcək.
Qələbə Bayramı, sabah “Bəqa” məntəqəsində keçiriləcək. Mərasimdə Seyyid Həsən Nəsrullah cənabları videoyayımla, Cəvəlan məntəqəsi və Jenev 2-ci Sammiti haqqda canlı çıxış edəcək.
Seyyid Həsən Nəsrullah, həmçinin bəzi avropa ölkələrinin Hizbullah Müqavimət Təşkilatını terrorçu siyahısında qərar vermək istədikləri gülünc səyləri haqqda da danışacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır