Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İraqın Nəcəfi Əşrəf şəhərində yaşayan Şiələr, Allahın yer üzündə birinci Canişini, Mövləl Müttəqiyan Əmirəl Möminin Əli İbni Əbu Talibin (əleyhiməs səlam) milad bayramını, həzrətin hərəmində yerləşən “Heydəri” səhnəsində möhtəşəm sürətdə qeyd ediblər.
Bayram məclisində, Əhli-Beyt (əleyhimus səlam) haqqda ilahilər, Quran Ayələrinin tilavətləri, çıxışlar, Rəcəb Ayının ziyarətnaməsi, Əminullah Ziyarəti, Camei Kəbirə ziyarəti oxunub.
Qeyd edək ki, mərasimdə İraqın müxtəlif əyalətlərindən həmçinin sair ölkələrdən gələn 10 mindən artıq Müsəlman yaxından iştirak ediblər.












Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır