Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İİR-la soyuq münasibətlərlə tanınan "Sədr" qrupunun rəhbəri Seyyid Müqtəda Sədr Qum Elmi Hövzəsində təhsilə yollandığından sonra İran İslam Respublikasının nüfuzlu din xadimi və rəsmilərilə görüşü davam edir.
"Burat" saytı xəbər verir ki, bir həftə öncə Seyyid Müqtəda Sədr Quma gələrək Ayətullah Cavad Amulinin ziyarətinə gedib...
Qumdan sonra isə, onun Livana səfər etməsi və "Hizbullah"la bir araya gəlməsi də diqqət çəkən məsələlərdəndir.
Qeyd edək ki, Müqtəda Sədr İraqda nüfuzlu "Sədr" qrupuna rəhbərlik etməsi onun milyonlarla iraqlının dəstəyindən yararlanması kimi dəyərləndirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır