5 may 2013 - 19:30
Amerika yox a, Azərbaycan İrana nota verib!..

İran Azərbaycanı oda verib. Xalqı yox a, Əliyev rejimini. Dindarları şərləyən, pak insanların cibinə narkotika atan Əliyev rejimi! Necə oda verib? Yevrovijn boyda ailə karnavalını topa tutub, əliyevlərin kefinə zəhrimar qatıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Çox olur ki, yerə yıxılmış, təpiklənən, ağzı-burnu qanla dolmuş zəif biri başının üstünü almış yekəpərə “baxarsan” deyib, hədə biçir. Eşidəndə ki, torpaqlarının 20 faizi işğal olmuş bir məmləkətin əslində mafioz qruplaşmadan ibarət “hökuməti” kiməsə nota verib gülməyin yeri var. Amma bir azəri türkü olaraq biz bundan utanır, xəcalət çəkirik. Kişi əvvəl evini, namusunu qoruyar, sonra kiməsə xoruzlanar, ya NOTALANAR!

İran Azərbaycanı oda verib. Xalqı yox a, Əliyev rejimini. Dindarları şərləyən, pak insanların cibinə narkotika atan Əliyev rejimi! Necə oda verib? Yevrovijn boyda ailə karnavalını topa tutub, əliyevlərin kefinə zəhrimar qatıb. Nə isə çox problemlər var Əliyevlərlə İran arasında.

Deyirlər ortada günahsız adamlar yanır. Diqqətlə baxsaq görərik ki, əslində belə deyil. Məsələn, dindarlar həbs olunur, deyirlər ki, İranın hesabına getdi. Maraqlıdır ki, nə üçün Paşazadə İranın hesabına getmir? Dindarlar İranın hesabına getdi deyib hay salan dindarnümalar özləri niyə İranın hesabına getmir? Axmaqlar, toxmaqlar bilməmiş deyil ki, Azərbaycanda həbsə alınan dindarlar İslam dəyərləri uğrunda mübarizə aparıb, canından keçib. “İranın hesabına getdi” sözü onlara xəyanətdir, onların təhqiridir. Hacı Abgül, Hacı Tale və onlarla mübariz dindar İranın özü üçün qeyrət nümunəsi ola bilər. Nə üçün bu insanları ləkələyir və öz əlaltı dindarlarını işə salıb “İranın hesabına getdilər” dedirdirlər? Çünki İranla problemləri var. İran ABŞ başda olmaqla bütün işğalçı və diktator rejimlərlə müharibədədir. Ona görə də Əliyevlər avam dindarların öz dili ilə qəhrəman hicab məhbuslarını alçaldır. İslamı sevən, Vətəni sevən oğul həbsdəki dindarlar haqqında “İranın hesabına getdi” yox, İslam yolunda getdi deyər!

Keçək “Əliyevin hesabına gedən azərilərə.” İndi İrana müalicəyə, alverə gedən həmvətənlərin heç probemi yoxdur. Problem qərəzli, kinli, düşmən niyyətli adamlarındır. İranın da Azərbaycan kimi gömrük keçid məntəqəsində qara siyahısı var. Bu siyahı bütün dünya ölkələrində var.

Əhvalatın maraqlı hissəsi...

Xalidə İsmayılova! Atasının adı Xalid olduğundan təzəlikdə Xalidə Xalid olub. Əslən lənkəranlıdır. Elmi işçidir, Şəhriyarın “Heydər babaya salam” poeması mövzusunda tədqiqat aparır. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Türk xalqları ədəbiyyatı şöbəsində işləyir.

Beləcə, Xalidə Xalid Şəhriyarın tədqiqatçısı adı ilə qədəm qoyur İran torpağına. Gömrükdə nəzarətə götürülür və izlənilir. Gəlib çıxır İranda uzun müddət axtarışda olan Məhəmməd Oxtayın (Rəşidi) ata evinə! Aprelin 30-da gecə saatlarında Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları evdə axtarış aparır və Xalidə Xalidin izi ilə gələnlər həmin ünvanda Məhəmməd Oxtayı tutur!

İndi Azərbaycan nota vermir, fors versin, dəyəri nədir! Necə olur ki, Xalidə Xalid axtarışda olan bir adamla görüşə gedir?

Azərbaycanda ziyalılar da oda düşüb, “İran oda salıb ziyalıları”. İran qatığa ağ desə və bir adam onu təkrarlasa olur İran casusu. Ona görə də zilyalı qatığa qara deyir ki, onu da narkotika ilə tutmasınlar. Elçin Şıxlıdan Xalidə Xalid barədə soruşanda deyir: “Onu Jurnalistlər Birliyinə fəal gəlib-gedən, yaxud da nə isə bir iş görən kimi tanımıram. 2006-cı ildən AJB-nin sədriyəm, Xalidə Xalid adda adam tanımıram. Müavinimə də zəng vurdum. O, hamını tanıyır. Məndən də AJB-də əvvəl çalışır. O da həmin xanımı tanımır. Dedi arxivləri araşdırırıq, görək sənədlər varmı. Sovet dövründə Jurnalistlər Birliyinin üzvü olanlar kitabçalarını götürüb o gedən gediblər. Hələ də elə bilirlər ki, Jurnalistlər Birliyinin üzvüdürlər. Birliyə üzv olmaqdan ötrü hər il gəlib öz üzvlüyünü təsdiq edəsən. Xalidə Xalid yəqin ki, üzvlükdən çıxıb. Əlində köhnə kitabça var deyə, elə hesab edir ki, hələ də Jurnalistlər Birliyinin üzvüdür. Bu o demək deyil ki, o, jurnalist deyil. Sadəcə olaraq mən onu tanımıram. İndi araşdırmalar aparırıq, onun sənədləri tapılsın görək o neçənci ildə Jurnalistlər Birliyinin üzvü olub. Nizamnaməyə görə artıq çoxdan üzv deyil... Mən ondan imtina etmirəm. Ola bilər ki, o lap sovet dövründə və ya 15 il bundan əvvəl Jurnalistlər Birliyinə üzv olsun. O vaxtdan da kitabçasını götürüb çıxıb. Ondan sonra Jurnalistlər Birliyini tanımır. Çünki ya kitabça, ya da ev lazım olanda, ya da pensiyaya çıxanda Jurnalistlər Birliyi yada düşür”. Yazıq Şıxlı deyə bilmir ki, Xalidə qaradır... Yəni bu adamda nəsə qaranlıq məqamlar var. Desə...

Məlumatda bu da var ki, əməliyyatda daha bir Azərbaycan Respublikası vətəndaşı və 4 İran azərisi həbs edilib. Azərbaycan Respublikası vətəndaşının X. Xalidin yardımçısı, “Şamax” (ehtimalən Şamxal) adlı biri olduğu deyilir. Guya bizimkilər və iranlılar Oxtayın anasının doğum günü münasibətilə onun ata evinə toplaşıbmışlar.

Xalidə Xalidin ailə üzvləri də xəbəri internetdən öyrəndiklərini və şokda olduqlarını deyirlər. Oğlu Xalid Məmmədli: «Biz də ona zəng edirik, telefonuna zəng çatmır. Məlumat gözləyirik. Ona görə heç nə deyə bilməyəcəyik».

Maraqlıdır ki, Xalid Xalidin saxlanmasından çalışdığı Ədəbiyyat İnstitutu da xəbərsizdir. İnstitutun direktor müavini Məhərrəm Qasımlı AzadlıqRadiosuna kiçik elmi işçinin aprelin 26-dan işdə olmadığını, İrana onlara məlumat vermədən getdiyini söyləyib. (O da qatığa qara deməyin zərurətini yaddan çıxrmayıb və...) Onun sözlərinə görə, Xalidə Xalid şəhriyarşünasdır və görünür bu üzdən İrana gedib.

Xalidə xanım öz elmi rəhbərini də aldadıb. İnstitutun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri, Xalidə Xalidin elmi rəhbəri Vaqif Arzumalı cümə axşamı Trend-ə bildirib ki, əslən Lənkərandan olan Xalidə İsmayılova aprelin 26-da onun yanına gələrək Lənkərana gedəcəyini deyib. O, Lənkərana da sürücüsü Şamxalla (məlumatlarda o, Şamax kimi təqdim edilib) gedib.

Nə üçün Xalidə İsmayılova İran səfərini hamıdan gizləyib? Elmi işçinin sürcüsü olurmu?

Bir şey aydındır ki, Azərbaycanda həbsə alınan dindarlar hökumətdə qorxu yaratdığı kimi Xalidə Xalid və onun kimilər də İran hakimiyyətinə qarşı fəaliyyətlə məşğuldurlar. Xalidə Xalid Əliyevlərin badına getməyib, tutduğu yolun ağrısını çəkir.

Bu həbslər davam edəcək. Azərbaycan Ermənistana verə bilmədiyi notadan yüzünü İrana versin. Azərbaycan üçün din təhlükədirsə, İran üçün də dinsizlik təhlükədir. İran dindən, Əliyev rejimi dinsizlikdən əl çəkəsi deyil ki. Demək, qarşıda eyni xaralterli xəbərlər çox olacaq.

Bir şübhəli nöqtə də budur ki, vətəndaşlarının həbsindən adətən xəbərsiz olan Əliyev rejimi bu dəfə Ettelaat az qala Xalidə Xalidin qoluna qandal taxmamış NOTA verib! Yaman operativ işləyiblər...

İlqar Qafarov

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır