Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən düşmənlər də Suriya Milli Ordusunun qazandıqları qələbələri artıq etiraf etmək məcburiyyətində qalıblar. Belə ki, İngiltərədə çap olunan The Guardian qazeti 1 may 2013 tarixdə yazdığı məqalədə bildirir: “Suriyada baş verən virangər döyüşlərdə Bəşşar Əsəd ardıcıl qələbələr əldə edərək, öz qüdrətini nümayiş etdirir. İki il öncə, bütün dünya mediası Bəşşar Əsədin devirilməsinin arzusunu çəkirdi, lakin artıq hammı Bəşşar Əsədin qüdrətli olduğunu anlamaqdadır...” Lakin Suriya Milli Ordusu qarşısında zillətlə ağır itkilərə məruz qalan azğın terrorçu ünsürlər, növbəti cinayətə əl ataraq Dəməşqin yaxınlığındakı “Ədra” məntəqəsində, İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) və İmam Əlinin (əleyhis səlam) yaxın səhabələrindən biri olan cənab “Hicr ibni Udey Kəndi”nin (Rizvanullahi Təala əleyh) mübarək məzarını dağıdaraq, onun çürüməmiş və sanki bir neçə dəqiqə bundan qabaq qəbrə yeni qoyulmuş mübarək cənazəsini oğurlayaraq özləri ilə naməlum istiqamətə aparıblar. “Hicr ibni Udey Kəndi” (Rizvanullahi Təala əleyh) Hicri Qəməri tarixi ilə, 51-53-cü (miladi tarixi ilə 674-676-cı) ildə Allah Cəllə Cəlaluh və Əhli-Beyt (əleyhimus səlam) düşməni olan Müaviyə ibni Əbu Süfyan (Allah qəzəb və lənəti onlara olsun) tərəfindən şəhid edilərək, qeyd olunan “Ədra” məntəqəsində torpağa tapşırılıb. Qeyd edək ki, Livan Hizbullah Təşkilatının Baş Katibi, Seyyid Həsən Nəsrullah iki gün öncə, azğın təkfirçi terrorçu dəstələrin müqəddəs məkanlara hörmətsizlik edəcəkləri haqda xəbərdarlıq etmişdir...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır