Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasına hakim kəsilmiş əliyevlər rejimi anti-İslam syasətlərinin davamında növbəti represiya proqramına start veriblər.
Binəqədi Rayon 4-cü polis bölməsinin əməkdaşları, Binəqədi rayonu 7-ci mikrorayon sakini Təbriz Cəfərovla yanaşı, daha 5 dindarı həbs edib.
Təbriz Cəfərov Yaxınları fəal dindarlardan olan T.Cəfərovun “facebook” sosial şəbəkəsində aktiv olub, paylaşmalar etdiyi üçün həbs olunduğunu bildiriblər.
Saxlanılan dindarlar 8-ci mikrorayon ərazisində yerləşən “Mehdiyyə” adlı hüseyniyyənin dindarları olduqları bildirilir.
Şərlənərək barəsində 10 sutka həbs cəzası verilən Təbriz Cəfərov, Seyidağa Məcidov və Ramin Nəsibov “polisə müqavimət göstərmək” qondarma ittihamla günahlandırılır. Cərimələnənlərdən biri isə “Mehdiyyə”yə gələn yaşlı dindar Kərbəlayi Ramizin olduğu deyilir. Polis əvvəlcə evdən onun oğlunu aparıb və atası gəldikdən sonra azad edəcəyini bildirib.
Bildirək ki, polis saxlanılanları bir neçə gün əvvəl şəhərdə yayılan Hacı Taleyə azadlıq şüarları yazılmış vərəqələrlə bağlı sorğu-sual edib.
Qeyd edək ki, ötən həftə Bakının müxtəlif yerlərində divarlara martın 31-də həbs olunmuş ilahiyyatçı Tale Bağırova azadlıq tələb edən şüarlar yazılmış vərəqələr vurulub, eyni zamanda əhaliyə bu cür vərəqələr paylanılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır