24 aprel 2013 - 19:30
Öndər Mövsüm Səmədovun prezidentliyə namizədliyi üçün imza toplanır

Elçin Manafov: “Təxminən 1 ay əvvəl başlanan kampaniyada təkcə Neftçala və Salyan rayonlarından minə qədər, Sumqayıtdan isə mindən artıq imza toplanıb...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Oyanış Hərakatınıın Öndəri, Azərbaycan İslam Partiyasının ŞƏRLƏNƏRƏK həbsdə olan Lideri Mövsüm Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün imza toplanır. 

Bu barədə açıqlama verən AİP-in sədr əvəzi Hacı Elçin Manafov təşəbbüsün rayonlarda könüllü başlandığını deyib.

Elçin Manafov qeyd edib: “İslamçılar və qeyri-islamçılar imza toplamaqla Hacı Mövsüm Səmədova öz namizədliyini vermək üçün müraciət etmək istəyirlər. Hətta Sumqayıtda da belə bir kampaniya başlanıb. Sadəcə, rəyimizi öyrəndilər ki, bu təşəbbüsü necə qiymətləndiririk. Azərbaycan İslam Partiyası bu təşəbbüsü müsbət qiymətləndirir, hər kəs ixtiyar sahibidir”.

Sədr əvəzi bildirib ki, kampaniyanın mayın ortalarına qədər davam edəcəyi gözlənir: “Təxminən 1 ay əvvəl başlanan kampaniyada təkcə Neftçala və Salyan rayonlarından minə qədər, Sumqayıtdan isə mindən artıq imza toplanıb. Paytaxtda da müraciətlər var. Birbaşa müdaxiləmiz olmasa da, biz bu kampaniyanın keçirilməsini dəstəkləyirik, bu işdə maraqlıyıq. Mövsüm Səmədovu oktyabrda keçiriləcək prezident seçkisində namizəd kimi görmək istəyirik. Gələcəkdə namizədliyini verərsə, partiya da birbaşa bu təşəbbüsə qatılacaq”.

Azərbaycan İslam Partiyası 16 oktyabr prezident seçkisində iştirak edəcəyi haqqında bəyanat verib. Partiya seçkiyə həbsdə olan lideri Mövsüm Səmədovun namizədliyi və ya başqa namizədi dəstəkləməklə gedəcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası 1992-ci ildə rəsmi sürətdə ilk ikinci partiya olaraq dövlət qeydiyyatına alınıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır