24 aprel 2013 - 19:30
5 oktyabrda Hicaba Azadlıq! aksiyada tutulan daha 10 nəfərin qondarma məhkəmə istintaqı yekunlaşıb

Seymur Bağırlı, Xudaverdi Abdullayev və digər 8 nəfər təqsirləndirilən şəxsin məhkəmə baxışının başa çatması barədə qərar qəbul olunub

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasında əliyevlər rejimi tərəfindən aparılan anti-İslam siyasətlərə etiraz olaraq 2012-ci ilin 5- oktyabrda Təhsil Nazirliyinin binası qarşısında “Hicaba Azadlıq!” tələbi ilə keçirilən aksiyada iştiraka görə tutulmuş və barəsində cinayət işi başlanmış 32 nəfərdən daha bir qrupunun cinayət işi üzrə QONDARMA məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində davam etdirilib.

Seymur Bağırlı, Xudaverdi Abdullayev və digər 8 nəfər təqsirləndirilən şəxsin məhkəmə baxışının başa çatması barədə qərar qəbul olunub. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün proses mayın 8-nə təxirə salınıb.

Xatırladaq ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında əliyevlər rejiminin anti-İslam siyasətlərinə etiraz olaraq “Hicaba Azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Həmin şəxslərdən bir qrupunun işi bir müddət əvvəl məhkəməyə göndərilib. Hazırda onların məhkəmə prosesləri davam etdirilir.

Onlar mövcud anti-İslam əliyevlər rejimi tərəfindən Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ŞƏRLƏNİLİBLƏR.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır