24 aprel 2013 - 19:30
Hacı Talenin məhkəməsi keçirilib

Vəkil: "Biz artıq bütün bu qəbul olunan bütün qərarları toplayaraq Avropa məhkəməsinə müraciət edəcəyik"

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün Bakı Apellyasiya məhkəməsində nüfuzlu ruhani Hacı Tale Bağırovun məhkəmə iclası keçirilib.

Məhkəmə iclasının qapalı keçirilməsinə baxmayaraq çox sayda inanclı Tale Bağırova dəstək məqsədi ilə məhkəmə binasının qabağında toplaşıb və yazılı kağızlarla dəstək olub.

Məhkəmə iclası barədə məlumat verən vəkil Cavad Cavadov deyib: “Biz Nərimanov rayon məhkəməsinə müraciət etmişdik ki, Tale Bağırov qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin müvəqqəti saxlanma təcridxanasında 24 saatdan artıq saxlanılıb.

Bundan əlavə saxlanılan zaman ailəsi ilə görüşdürülməyib, açıq havaya çıxarılmayıb, telefon danışıqları təmin olunmayıb və bir sıra hüquqları pozulub. Nərimanov rayon məhkəməsi dolayısı yolla bildirdi ki, bəli, orda saxlanılıb, amma hal hazırda Bakı İstintaq təcridxanasına göndərilib. Yəni verdiyimiz şikayətlər təmin olunmadı.

Biz də Nərimanov Rayon Məhkəməsinin qərarından Bakı Apelliyasiya məhkəməsinə şikayət verdik. Məhkəmə iclasında Tale Bağırovun iştirakı təmin olundu. Tale Bağırovun özü də şikayətimizi müdafiə etdi. Lakin Bakı Apelliyasiya Məhkəməsi şikayətimizi təmin etmədi.

Biz artıq bütün bu qəbul olunan bütün qərarları toplayaraq Avropa məhkəməsinə müraciət edəcəyik.

Məlumat üçün bildirim ki, mənim müraciətim əsasında Baş Prokurorun müavinin 15 aprel qərarı ilə Tale Bağırova qarşı olunan işgəncə faktları ilə bağlı araşdırmaya başlayıb. 24 gündən sonra nəhayət dünən məhkəmə tibbi ekspertizası Bakı İstintaq təcridxanasına gedib. 24 gün ərzində xəsarətlərin itdiyi üçün Tale Bağırov etiraz olaraq məhkəmə tibbi ekspertizasından imtina edib.”  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır