Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Rusiya Prokurorluğu Krasnoyar əyalətinin Tibb Universitetində hicablı tələbənin təhsildən kənarlaşdırılmasını araşdırdıqdan sonra qəbul etdiyi qərarı açıqlayıb: “Universitetlərdə hicab qadağasının tətbiq edilməsi tələbələrin təhsil hüquqlarına ziddir”.
Tibb Universitetinin rəhbərliyi Prokurorluğun etirazından sonra tələbənin Hicab qadağasına görə təhsildən kənarlaşdırılması barədə qərarı ləğv edib. Bundan başqa universitet daxili intizam qaydasını da dəyişməli olub. Prokurorluğun qərarına görə, universitetdə tətbiq edilən intizam qaydası tələbələrin təhsil hüquqlarına zidd olub.
Xatırladaq ki, mart ayında Krasnoyar Dövlət Tibb Universiteti 3 kurs tələbəsi olan Aygul Xiderbekovanı hicablı olduğuna görə dərsə buraxmayıb. Universitet rəhbərliyi onu universitetin daxili intizam qaydasını pozmaqda ittiham edib. Bundan sonra Aygul Dağıstan Tibb Akademiyasına köçürülüb, lakin, buna baxmayaraq xanım Prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır