Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası, Sistan və Bəluçistan əyaləti Polis Komandanlığının İctimai məsələlər üzrə Rəis Müavini Əli İzədi verdiyi müsahibədə bildirib: “Çabahar limanının Təhlükəsizlik Polis Alayının əməkdaşı Muhəmməd Şəhbazi, silahlı qarşıdurma zamanı, quldurlar tərəfindən açılan atəş nəticəsində sinə nahiyəsindən yaralanaraq, Şəhidlikin uca zirvəsinə yüksəlmişdir”.
Əli İzədi, daha sonra hadisənin detallları haqda danışaraq deyib: “Əldə etdiyimiz məlumatlara əsasən, Çabahar liman şəhərindəki “N” saylı yaşayış mənzilində xeyli miqdarda silah və sürsatların olduğu bildirildi. Polis patrul əməkdaşları, dərhal qeyd olunan məntəqəni müəyyən edib, mühasirə etmək məqsədi ilə, əraziyə daxil oldular. Əməkdaşlarımızın evdə axtarış keçirtmək üçün, əllərində məhkəmə əmrinin olduğuna baxmayaraq, dörd tərəfdən mühasirə olunmuş quldurlar, polis əməkdaşlarına müqavimət göstərərək onlara odlu silahlardan atəş açmışlar”.
Sistan və Bəluçistan əyaləti Polis Komandanlığının İctimai məsələlər üzrə Rəis Müavini sonra bildirib: “Silahlı quldurlar ilə, Polis əməkdaşları arasında yaşanan qarşıdurmada, 4 silahlı quldur həlakətə yetirilərək, bir iddəsi yaxalanmış, mənzildən isə, çoxlu sayda silah və sursat Polis tərəfindən kəşf edilərək, ələ keçirildi”.
Polis Komandanlığının İctimai məsələlər üzrə Rəis Müavini sonda deyib: “Təsüflə qeyd etməliyik ki, qarşıdurma zamanı, Polis patrul bölməsinin əməkdaşlarından biri, dünyasını dəyişərək, Şəhid olub”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır