21 aprel 2013 - 19:30
ABŞ-da mənzildə baş verən atışmada 5 nəfər ölüb

Mənzillərdən birində qətlə yetirilmiş kişi, digər mənzildə isə qadın cəsədi aşkarlanıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Sietlin cənubundakı yaşayış evlərinin birində baş verən atışmada 5 nəfər ölüb.

Polisin məlumatında atəş açanın böyük ehtimalla özünün öldüyü bildirilir.

Atışmanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Atışma barədə zəng daxil olduqdan sonra hadisə yerinə gedən polislər avtomobillərin park olunduğu yerdə iki yaralı tapıblar. Onlardan biri polisləri gördükdə silaha əl uzadıb, polis isə ona atəş açıb. Bundan sonra hadisə yerində başqa iki nəfərin cəsədi aşkarlanıb.

Mənzillərdən birində qətlə yetirilmiş kişi, digər mənzildə isə qadın cəsədi aşkarlanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır